Elektrik və diaqnoztika işləri
Avtomobil elektrik işləri və kompüter diaqnostikası
Müasir avtomobillərdə əksər sistemlər elektron idarəetmə blokları vasitəsilə işləyir. Mühərrikdən və transmissiyadan başlayaraq əyləc, təhlükəsizlik, işıqlandırma, komfort və digər sistemlərin düzgün fəaliyyəti elektrik və elektron komponentlərin saz vəziyyətdə olmasından asılıdır. Buna görə də yaranan nasazlıqların peşəkar diaqnostikası və düzgün təmiri avtomobilin təhlükəsiz və etibarlı istismarı üçün böyük əhəmiyyət daşıyır.
Avtok1ub Yağ Mərkəzində avtomobil elektrik işləri və kompüter diaqnostikası müasir avadanlıqların köməyi ilə təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir. Məqsədimiz nasazlığın səbəbini dəqiq müəyyən etmək və lazımsız hissə dəyişdirilmədən problemi aradan qaldırmaqdır.
Göstərdiyimiz xidmətlər
- Kompüter diaqnostikası;
- Elektron idarəetmə bloklarında nasazlıq kodlarının oxunması və təhlili;
- Elektrik sistemində yaranmış nasazlıqların aşkarlanması və aradan qaldırılması;
- Akkumulyator, generator və starter sisteminin yoxlanılması;
- İşıqlandırma və siqnal sistemlərinin təmiri;
- Sensor və elektron komponentlərin yoxlanılması;
- Elektrik naqillərində yaranmış nasazlıqların aradan qaldırılması;
- Xəbərdarlıq işıqlarının yaranma səbəblərinin müəyyən edilməsi.
Bütün işlər istehsalçı tələblərinə uyğun metodlarla və peşəkar avadanlıqlardan istifadə edilməklə həyata keçirilir.
Xidmət göstərilən filiallar
Avtomobil elektrik işləri və kompüter diaqnostikası xidməti hazırda yalnız aşağıdakı Avtok1ub filiallarında göstərilir:
- Əhmədli
- Express Sumqayıt
- Express Abşeron
Digər filiallarımızda bu xidmət mövcud deyil. Zərurət yarandıqda müştərilərimiz yuxarıda qeyd olunan filiallarımıza yönləndirilir.
