Kondisioner xidməti
Avtomobil Kondisioner Sisteminə Peşəkar Xidmət
Avtok1ub Yağ Mərkəzində avtomobilinizin kondisioner sisteminə istehsalçı tələblərinə uyğun peşəkar xidmət göstərilir. Xidmət zamanı sistem xüsusi avadanlıq vasitəsilə yoxlanılır, köhnə soyuducu qaz tam şəkildə boşaldılır, vakuumlanma aparılır, sızma ehtimalı qiymətləndirilir və avtomobiliniz üçün nəzərdə tutulmuş normaya uyğun yeni soyuducu qaz doldurulur.
Mərkəzimizdə həm R134a, həm də yeni nəsil R1234yf soyuducu qazları mövcuddur. Bu sayədə həm köhnə, həm də yeni nəsil avtomobillərə təhlükəsiz və düzgün xidmət göstərmək mümkündür.
Kondisioner sisteminə vaxtında qulluq:
Salonun daha tez və effektiv soyumasını təmin edir;
Kompressorun və digər sistem komponentlərinin ömrünü uzadır;
Soyutma performansını bərpa edir;
Sistemin etibarlı və səmərəli işləməsinə kömək edir.
Qeyd: Kondisioner sistemi xidməti yalnız Avtok1ub Dərnəgül və Avtok1ub Əhmədli filiallarında həyata keçirilir.
