Yağ dəyişmə

Mühərrik yağının dəyişdirilməsi

Mühərrik yağı avtomobilin ən vacib texniki mayesidir. O, mühərrikin hərəkətdə olan hissələrini yağlayır, sürtünməni minimuma endirir, yüksək temperaturun yaratdığı təsirləri azaldır, çirkləri özündə saxlayaraq mühərrikin daxili hissələrinin təmiz qalmasına kömək edir. Vaxtında və düzgün seçilmiş mühərrik yağı ilə həyata keçirilən texniki qulluq mühərrikin ömrünü uzadır, yanacaq sərfiyyatının optimallaşmasına və avtomobilin etibarlı işləməsinə töhfə verir.

Avtok1ub Yağ Mərkəzində mühərrik yağının dəyişdirilməsi sadəcə yağın yenilənməsi deyil, avtomobilinizin əsas sistemlərinin peşəkar şəkildə yoxlanıldığı kompleks texniki qulluq xidmətidir. Hər bir avtomobil istehsalçının texniki tələblərinə uyğun qəbul edilir, uyğun özlülük və spesifikasiyaya malik mühərrik yağı seçilir, bütün işlər müasir avadanlıqlarla və təcrübəli mütəxəssislər tərəfindən icra olunur.

Xidmət zamanı görülən işlər

Yağ dəyişimi prosesi aşağıdakı mərhələləri əhatə edir:

Avtomobilin markası, modeli, mühərrik tipi və istehsalçı tələblərinə uyğun mühərrik yağının seçilməsi;

Köhnə mühərrik yağının tam şəkildə boşaldılması;

Yağ, hava, salon filtrinin yenisi ilə əvəz olunması;

İstehsalçı standartlarına uyğun yeni mühərrik yağının doldurulması;

Yağ səviyyəsinin dəqiq yoxlanılması;

Mühərrikdə və yağ filtrində mümkün sızmaların nəzarətdən keçirilməsi;

Soyutma mayesinin etilen qlikol faizinin xüsusi cihaz vasitəsilə yoxlanılması və ehtiyac olduqda uyğun standartlı soyutma mayesinin əlavə edilməsi;

Əyləc mayesində nəm faizinin xüsusi test cihazı ilə ölçülməsi və zərurət yarandıqda uyğun standartlı əyləc mayesinin əlavə edilməsi;

Sükan hidravlik mayesinin səviyyəsinin və vəziyyətinin yoxlanılması, lazım gəldikdə uyğun maye ilə tamamlanması;

Qapı kilidlərinin və digər hərəkətli kilid mexanizmlərinin xüsusi sürtkü vasitələri ilə yağlanması;

Mühərrik bölməsinin xüsusi təmizləyici vasitələrlə səliqəli şəkildə təmizlənməsi;

Müştərinin növbəti yağ dəyişmə intervalı barədə məlumatlandırılması.