Yanacaq çiləyicilərinin yuyulması

Yanacaq çiləyicilərinin (forsunkaların) peşəkar yuyulması

Mühərrikin stabil işləməsi, yanacaq sərfiyyatının normal qalması və avtomobilin gücünü itirməməsi üçün yanacaq çiləyicilərinin təmiz vəziyyətdə olması vacibdir. Zaman keçdikcə keyfiyyətsiz yanacaq və çöküntülər çiləyicilərin dəqiqliyini azaldır. Nəticədə mühərrik titrəyir, güc itkisi yaranır, yanacaq sərfiyyatı artır və avtomobil əvvəlki kimi dinamik olmur.

Avtok1ub olaraq dizel mühərrikləri istisna olmaqla, bütün növ benzin mühərrikli avtomobillərdə yanacaq çiləyicilərinin xüsusi avadanlıq və peşəkar kimyəvi vasitələrlə yuyulmasını həyata keçiririk. Proses zamanı çiləyicilər sistem üzərindən həm sökülmədən, həm də sökərək təmizlənir və onların püskürtmə keyfiyyəti maksimum səviyyədə bərpa olunmağa çalışılır.

Bu xidmət aşağıdakı filiallarımızda göstərilir:

- Əhmədli

- Dərnəgül

- Ekspres Sumqayıt

- Ekspres Abşeron

Digər filiallarımızda bu xidməti göstərilmir. Zərurət olduqda müştərilərimiz müvafiq filiallarımıza yönləndirilir.

Mühərrikinizin daha sakit işləməsi, sabit gedişi və optimal performansı üçün yanacaq çiləyicilərinin vaxtında təmizlənməsini tövsiyə edirik.